Lalə Məmmədov: “Şəhərdən gələn adam görən kimi qiymətlər birə beş qalxır"

Xəbərlər 24 Sentyabr 2013 00:00 1660
Lalə Məmmədov: “Şəhərdən gələn adam görən kimi qiymətlər birə beş qalxır"

Seyyah.az muğənni Lalə Məmmədova ilə turizmvə istirahətlə bağlı müsahibəni təqdim edir.

 

Lalə xanım, istirahətə vaxt tapırsız?

 

İstirahətim yay aylarında Şuvəlandakı bağımda olur. Baxmayaraq ki, yayda işlərim yenə də olur, amma yorğun iş gunundən sonra bağdakı yaşıllıq, yaxınlıqdakı dəniz mənə yorğunluğumu unutdurur.

 

Yaxşı istirahət etmək sizin ucun nədir - yatıb-dincəlmək, musiqiyə qulaq asmaq, dağda gəzmək, yoxsa təkliyə cəkilmək?

 

Əslində bunların hamısı ola bilər – şəraitdən asılıdır. Məsələn, əgər mən musiqi ilə normadan artıq məşğul olmuşamsa, deməli, beyin musiqi ilə həddən artıq yuklənib. Yəni musiqisiz - kitab oxumaqla, yaxud dənizdə və ya təbiətdə gəzməklə dincələcəm.


Adətən ilin hansı vaxtı istirahət edirsiniz?


Təəssuf ki, biz sənətcilərin iş qrafiki qeyri-muəyyən olur. Gozlənilməz bir zəng və sən gecə ilə başqa bir olkəyə ucmalısan. Umumiyyətlə istirahətim ən cox yay aylarına təsaduf edir. Cunki mən həm də Azərbaycan Milli Konservatoriyasının İc-timai Elmlər kafedrasının baş muəllimiyəm. İmtahanlar bitən kimi biz muəllimlərin işləri nisbətən azalır. Əlbəttə ki, imkan olsaydı hər ay istirahətə hec olmazsa 3 gun vaxt ayırardım.


- Kiminlə dincəlirsiniz?


Ailəmlə. Ancaq insanın ozuilə təklikdə qalması da labuddur. Belə hallar isə tez-tez baş vermir.


- Dincəlmək ucun sizə 5*-lu luks hotel və yaşıllıqlar icərisində olan bir kənddə balaca bir ev təklif olunarsa hansını secərdiniz?


- Hm…Məncə yaşıllıqlar icərisində olan kənddə 5*-lu luks hotel lap əla olardı!


- Xaricdə istirahət etmək yaxşıdır, yoxsa burda?


- Hərəsinin oz yeri var.


- Azərbaycanın hansı bolgəsində olmusuz, hansını daha cox xoşlayırsınız?


- Demək olar ki, butun bolgələrdə olmuşam. Secim etmək cox cətindir… Azərbaycanımın hər qarışı mənə əzizdir.


Bəs turizm obyektlərindəki vəziyyət səni qane edir?


- Kecən il olkəmizdə kecirilənEurovisionbeynəlxalq musiqi musabiqəsi olkəmizdə turizm sahəsinə boyuk bir təkan verdi. Nəzərə alsaq ki, Azərbaycan 22 ildir ki mustəqillik əldə edib, goruləcək işlər hələ coxdur.

 

- İstirahət mərkəzlərində ən xoşuna gələn və gəlməyən cəhətlər nədir ?


Təbiətimiz, iqlimimiz, tarixi yerlərimiz və mətbəximiz gozəl istirahət yerlərinin acılmasına şərait yaradır. Ancaq təəssuf ki, xidmət, servis o səviyyədə deyil. İl ildən şərait, məkanlar gozəlləşsə də, xidmət dəyişmir ki, dəyişmir. Əlbəttə ki, bu butun turizm və istirahət məkanlarına aid deyil.

 

- Azərbaycanda belə hallarla harada rastlaşmısız?

 

Məsələn, Lerikdə cox gozəl təbiəti, hər cur şəraiti olan istirahət mərkəzində 1 stəkan cay sifariş edirsən, yarım saatdan tez gəlmir. Və ya otaqlara, kamplara

yemək sifarişi qəbul edilmir. İstirahət mərkəzi boyuk bir dağın ətəyində olduğundan restorana ayaqla gedib istədiyini almalısan. Yaxud Şəkidəki məşhur hotellərin

birində luks nomrə adı ilə kirayələdiyimiz otaqda telefon yox idi. Muştəriyə bir şey

lazım olsa otelin o başına gedib xahişini inzibatcıya deməlidir. Qiymətlər də yuksəkdir. Umumiyyətlə, rayonlarımızda şəhərdən gələn adam gorən kimi qiymətlər

birə beş qalxır. Adicə cay dəsgahı orta səviyyəli restoran- kafelərdə 25-40 manat arasındadır, bahalı yerlərdə isə 50 manatdan aşağı olmur. Qiymət o qədər yuksəkdir ki, hətta ilboyu puluna qənaət edib rayonlarımıza məzuniyyətə cıxan adi vətəndaşların da bəzən istirahətə pulu catmır.

 

- Bəs hansı xarici olkələrdə olmusunuz? Xoşunuza gəlirmi?


- Dunyanın 20-dən cox ölkəsində olmuşam. Avropadan tutmuş Amerikanı, Asiyanı gəzmişəm. Təbii ki, hər yerin mən-fi və musbət cəhətləri var. Turkiyə, Avropa ölkələrinə səyahəti sevirəm. Qardaş Turkiyədə servis xidməti yuksəkdir. Bunun nə zamansa oz olkəmizdə də olmasını urəkdən arzulayıram.

 

Ən cox xoşunuza gələn olkə hansıdır?


- Səyahət etdiyim ölkələr arasında Norvecin təbiəti olduqca gozəldir, onu boyuk bir kəndə bənzədirəm. Hollandiya və Almaniyanı qayda-qanunlara və təmizliyə riayət etdikləri ucun xoşlayıram. Turkiyə isə istirahət və turizmin yuksək səviyyədə, tarixi yerlərin və mətbəxin zəngin olduğu yerdir. Bundan başqa, cox istərdim ki, Avstraliyaya, Misirə və umumiyyətlə tarixi yerlərə səyahət edim.

 

Turist kimi xarici olkədə olarkən hansı problemlərlə uzləşmisiniz?

 

Ciddi bir problemlə rastlaşmamışam. İngilis dilini bilməyim istənilən vəziyyəti aydınlaşdırmağa imkan verir. Ancaq yadımdan hec cıxmaz, bir dəfə 80 nəfərlik numayəndə ilə Səudiyyə Ərəbistanına ≪Azərbaycan Mədəniyyət Gunləri≫nə yola duşmuşduk. Dubaya, oradan da Ər-Riyada ucmalı idik. Ancaq Dubayda təyyarədən enəndə məlum oldu ki, o biri təyyarə yalnız 18 saatdan sonra ucacaq. Və kondisionerlərin yuksək surətlə işlədiyi ölkənin hava limanında soyuqdan donmamaq ucun 18 saat boyunca yatmadan hava limanını gəzib hərəkət etdiyimdən ayaqlarımı hiss etmirdim…


Xaricdə istirahət zamanı gorduyunuz elə bir cəhət varmı ki, bizdə də olmasını istəyərdiniz?

 

Hollandiyada parkda gəzərkən ağacları əkməmişdən əvvəl insanları islatmamaq ucun yerin altında suvarma sisteminin yaradılmasını gormuşdum. Zooparkların necə təmiz və boyuk bir meşədə salındığını, heyvanların təmizliyinin ciddi nəzarət altında olduğunun şahidi olmuşdum. Boyuk akvarium zallarının icərisində muxtəlif balıqların, hətta yırtıcı balıqların uzməsini gorəndə heyrətlənmişdim. Xariclə ən boyuk fərqimiz qiymətlərlə bağlıdır. Olkəmizdə adi insanların ozlərinərəva bilmədiyi brend markaların xaricdəki qiymətləri hec də bizdəki kimi şişirdilmiş deyil. Sizə bir hadisə danışım. Bu yaxınlarda qızımla şəhərimizdə acılmış boyuk ticarət və əyləncə məkanında əylənirdik. Uşaq susuzladığından ona su almaq ucun piştaxtaya yaxınlaşıb satıcıdan su istədim. 250 qramlıq suyun qiymətini eşidəndə heyrətləndim. Adi marketlərdən aldığımız su 10 dəfə bahasına satılırdı. Xaricdə hec vaxt belə halla rastlaşa bilmərik. Məsələn, Amerikada 1dollarlıq koka-kola, həm dukanda, həm də bahalı restoranda eyni qiymətə satılır.Başqa qiymət gorə bilməzsiniz. Digər tərəfdən, Turkiyədə muzeyləri gəzəndə şahidi oldum ki, muzeyə giriş biletlərinin qiymətləri yerli vətəndaşlar ucun turistlərdən iki dəfə ucuzdur. Amma bizim regionlarda yerli vətəndaşlarımıza da turist gozu ilə baxırlar.


 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR