Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyi digər dövlət strukturları ilə birlikdə başqa ölkələrdə aviabiletlərin qiymətlərinin təhlilinə və müqayisəsinə başlayıb.
Seyyah..az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu nazirlikdən deyiblər.
Nazirlikdən bildiriblər ki, Azərbaycanda və digər ölkələrdə aviabiletlərin qiymətlərinin müqayisəli təhlili aparılacaq.
Təhlilin nəticələrinə görə aviabiletlərin qiymətləri ilə bağlı müvafiq təkliflər hazırlanacaq.