"Şortikli müştərilərə şalvar təklif edirik" - AMORE RESTORANI

Xəbərlər 20 Iyul 2015 00:00 12529
"Şortikli müştərilərə şalvar təklif edirik" - AMORE RESTORANI

Novxanı ərazisində yerləşən «AMORE» restoranı bura daxil olan müştərilər üçün «şortik qadağası»nın olduğuğu təsdiqləyib. Bu barədə «seyyah.az» turizm və istirahət portalına restoranın inzibatçısı Zaur Cəfərov bildirib. Qeyd edək ki, adı çəkilən restoranda «şortik qadağası»nın olması və buna görə bəzi müşərilərin, o cümlədən xarici qonaqların restorana buraxılaması ilə bağlı məlumatlar yayılıb və hazırda sosial şəbəkələrdə geniş müzakirə edilir.

Zaur Cəfərov seyyah.az-a təsdiqləyib ki, restoranda şortik geyimi ilə qadağa mövcuddur: «Bəli bizim restoranda şortiklə gələnlər buraxılmır. Çünki bura restorandır, çimərlik deyil, restoranımızın çimərliyi də yoxdur. Bura ailəvi istirahət mərkəzidir. Biz də istəmirik ki, kimsə ailəvi mərkəzdə şortiklə otursun. Bu geyim ailəvi yerə uyğun gəlmir».

 

Restoran nümaynədəsi bildiib ki, bu zaman şortikin ölçüsünün fərqi yoxdur. Qeyd edək ki, «şortik qadağası» məsələsində adı hallanan digər istirahət mərkəzinin  - «Kalyon» restoranının nümaynədəsi bildirmişdi ki, uzunluğu dizə qədər olan şortikli müştərilər restorana buraxılır. Amma «AMORE»da şortiklə bağlı ölçülərə fərq qoyulmur. 

 

Restran nümaynədələri bildirir ki, bəzi müştərilər qadağanı etirazla qarşılayırlar. Hətta bura görə söz-söhbət və mübahisə də yaranır: «Eləsi var ki, deyir mən hökmən şortikdə içəri keçməliyəm. Amma onlara izah edirik ki, bizdə qaydalar belədir».

 

Restoran nümayəndəsi bildirir ki, bura şortikdə gələn bəzi müştərilər belə qadağadan xəbərsiz olduğuna görə, çətin vəziyyətdə qalırlar. Z.Cəfərovun sözlərinə görə, restoran rəhbərliyi çıxış yolu olaraq belə müştərilərə şalvar təklif edir: «Başa düşürük ki, şortiklə gələn müştəri geri qayıdıb şalvar geyinə bilmir. Ona görə də belələrinə kömək üçün şalvar təklif edirik. Bizdə burada şalvarlar var, cin materialından çox rahatdır. Təklif edirik ki, içəri keçmək istəyirsə, bunu geyinsin».

 

Bu məqsədlə restoran ötən il 50-yə yaxın şalvar alıb: «Ötən il 50-yə yaxın şalvar almışdıq ki, müştərilərə təklif edək».

Bəzi müştərilər bu təklifdən imtina edirlər. Amma şalvarı geyinənlər də var. Hətta bəzi müştərilər burada geyinldikləri şalvarları qaytarmadan çıxıb gedirlər: «Geyinib aparanlar var, yenə də alacayıq».

 

«AMORE»nin nümayəndəsi bildirib ki, bu qaydalara əsasən kişilərə aiddir, qadınlarla bağlı tələblər elə də ciddi deyil: «Qadınlarda problem yoxdur. Qısa da geyinə bilər, bir şərtlə ki, «kupalnik» olmasın. Amma elə hallar var ki, heç içəriyə də buraxmamışıq. Hiss edəndə ki, yüngül əxlaqlı qadındır, elə qapıdan qaytarırıq».

 

Restoranın nümayəndəsi bildirib ki, şortiklə bağlı qadağa müştərilərin sayını azaltmır: «Müştərilərin sayını qətiyyən azaltmır, əksinə müşərilərin özünə xoş gəlir. Hətta elə ailələr var ki, məhz şortikli adam buraxılmadığına görə bura gəlirlər. Bəziləri bizə deyir ki, başqa obyektlərdə şortikli geyimli şəxslər olduqlarına görə, özlərini narahat hiss ediblər, amma burada tam rahatlıqdır».

OXŞAR XƏBƏRLƏR