BƏƏ-nin turizm imkanlarını Bakıda öyrənin-sərgi

Xəbərlər 22 Iyul 2015 00:00 988
BƏƏ-nin turizm imkanlarını Bakıda öyrənin-sərgi

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) turizm potensialı ilə bağlı sərgi təşkil olunacaq.

Seyyah.az "Report"-a istinadən xəbər verir ki, BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, BƏƏ-nin Turizm və Abidələrin Milli Məclisi tərəfindən təşkil olunacaq sərgi Bakıda sentyabrın 11-də baş tutacaq.

Sərginin məqsədi BƏƏ-nin qlobal turist məkanı kimi tanınması və ən maraqlı məkanlarının xüsusi ilə vurğulanmasıdır.

Qeyd edək ki, Bakıdakı sərgi BƏƏ-nin MDB məkanında təşviqi ilə bağlı 7-11 sentyabr tarixlərində keçiriləcək tədbirlər çərçivəsində təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR