AZAL-ın endirimləri Gürcüstandan uçuşların qarşısını ala biləcəkmi?

Xəbərlər 22 Iyul 2015 00:00 790
AZAL-ın endirimləri Gürcüstandan uçuşların qarşısını ala biləcəkmi?

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul, Antalya, Dubay və Moskva üzrə uçuşlarda biletlərin qiymətini azaltmağa qərar versə də, yerli turizm şirkətləri bunu yetərli saymır. Turoperatorlar hesab edir ki, AZAL-ın endirimli qiyməti turistləri qonşu Gürcüstandan uçmaqdan çəkindirməyəcək.

Məsələn, Fins.az-a açıqlama verən “7 Days Travel” şirkətindən bildirilib ki, yeni qiymətlər istənilən halda Gürcüstandan uçuş təşkil edən aviaşirkətlərin təklif etdiyi qiymətdən yüksəkdir: “Məsələn, Antalyaya uçmaq yenə də Tbilisidən sərf edir, çünki Bakının endirimli qiymətindən 2 dəfə azdır. Ona görə də, Gürcüstandan gedənlərin sayı çox olacaq”.

“Dərvish Travel” şirkətində isə düşünürlər ki, Türkiyə, BƏƏ və Rusiyaya daimi uçanlar yenə də təyyarəyə Bakıda minəcəklər. Mövsümlə əlaqədar səyahətə gedənlər isə Tbilisi və Gürcüstanın digər şəhərlərini tranzit kimi seçəcəklər: “Mövsümü səyahət etmək istəyənlər üçün biletlərdəki endirim yetərincə deyil ,yenə də Gürcüstan vasitəsilə səyahət etmək istəyənlərin sayı çox olacaq”.

“Regea Travel” şirkətində isə başqa fikirdədirlər. Şirkətdə hesab edirlər ki, AZAL-ın qiymətləri endirməsi Gürcüstandan dincəlməyə gedənlərin sayını əhəmiyyətli dərəcədə azaldacaq.

OXŞAR XƏBƏRLƏR