AZAL-ın 99 avroluq uçuşlarının detalları açıqlandı

Bu reyslərdə yalnız 5 kq-dan artıq olmayan əl baqajı təyyarə bileti ilə birgə hesablanacaq
Xəbərlər 22 Iyul 2015 00:00 1032
AZAL-ın 99 avroluq uçuşlarının detalları açıqlandı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu il yaradacağı Bakıdan Antalya, İstanbul, Moskva və Dubay istiqamətlərində aşağı büdcəli sərnişindaşıma xəttində (lou-kost istiqamətlər) hər bir baqaj 50 manat məbləğində olacaq. Seyyah.az-ın Gun.az-a istinadən yaydığı məlumata görə, bu barədə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, bu reyslərdə yalnız 5 kq-dan artıq olmayan əl baqajı təyyarə bileti ilə birgə hesablanacaq. Bundan başqa, lou-kost istiqamətlərdə yemək və içki olmayacaq, yalnız su veriləcək. Üstəlik, alınmış biletləri qaytarmaq və dəyişdirmək mümkün olmayacaq.

OXŞAR XƏBƏRLƏR