«AZAL» şirkəti «Wizzair»ə qoyduğu şərti açıqladı

Xəbərlər 22 Iyul 2015 00:00 900
«AZAL» şirkəti «Wizzair»ə qoyduğu şərti açıqladı

«AZAL» şirkətinin rəhbərliyi  ucuz qiymətə uçuşlar təşkil edən «Wizzair» şirkəti ilə problemlərin və şirkətin Bakıda fəaliyyətini dayandırmasının səbəblərini açıqlayıb. Seyyah.az istirahət və turizm portalının məlumatına görə, şirkətin vitse-prezidenti Arif Məmmədov bildirib ki, «Wizzair»lə olan əsas problem şirkətin yalnız yay aylarında uçmasıdır: «Onlar yay aylarında uçur, qışda isə şirkət fəaliyyətini dayandırırdı. Bu da Azərbaycana uçuşlar həyata keçirən digər şirkətlərin narazılığına səbəb olurdu. Çünki onlar bu yolla digər şirkətlərin müşərilərini cəlb edirdilər». 

 

Buna görə də, AZAL «Wizzair»şirkətinə təklif edib ki, həm yayda, həm də qışda uçuşlar həyata keçirsin: «Bu şərtlərə əməl etsələr onlara 3 illik yeni müqavilə bağlamağa hazırıq». AZAL rəhbərliyi bu təklifləri İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdıraraq «Wizzair»ə ünvanlayıb: «Sonuca dəfə onlara iyulun 14-də məktub göndərmişik, cavabı gözləyirik».

OXŞAR XƏBƏRLƏR