Ucuz reyslər heç də hamıya sərf etməyəcək – AZAL RƏSMİSİ

Xəbərlər 22 Iyul 2015 00:00 1417
Ucuz reyslər heç də hamıya sərf etməyəcək – AZAL RƏSMİSİ

AZAL-ın bəzi istiqamətlərə tətbiq edəcəyi yeni qiymətlər heç də həmişə ən əlverişli variant deyil. Seyyah.az istirahət və turizm portalının məlumatına görə, bu barədə AZAL Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev bildirib. Onun sözlərinə görə, ucuz qiymətə reyslərdə bəzi məhdudiyyətlər var. Ona görə də sərnişinlər bura bilet alanda bəzi məsələləri nəzərə almalıdırlar.

Belə ki, ucuz reyslərdə qidalanma nəzərdə tutulmayıb, Yüklərin daşınması baha olacaq (50 manat), amma su veriləcək. Eləcə də ucuz qiymətə alınan biletləri dəyişdirmək və qaytarmaq mümkün olmayacaq: «Buna görə də kimsə uçuş planlarını dəyişəcəksə, ucuz bilet almaq onun üçün yaxşı variant deyil».

OXŞAR XƏBƏRLƏR