AZAL-dan noutbuk qadağasına- Açıqlama

"Noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb"
Xəbərlər 27 Iyul 2015 00:00 947
AZAL-dan noutbuk qadağasına- Açıqlama

AZAL sərnişinlərinə Naxçıvana noutbuk aparmaq qadağasına qydınlıq gətirib. AZAL-dan Seyyah.az-a bildirilib ki, beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır: "Həmçinin, təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır. Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb. Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır".

OXŞAR XƏBƏRLƏR