AZAL 20% endirimli aviabiletlərin satışına başladı

Xəbərlər 28 Iyul 2015 00:00 893
AZAL 20% endirimli aviabiletlərin satışına başladı

“Azərbaycan Hava Yolları” QSC-nin bütün istiqamətlərə olan uçuşlarında 20% endirimlə satılan biletlər artıq satışa çıxarılıb.

Seyyah.az-ın “Report”-a istinadən məlumatına görə , aviaşirkət iyulun 21-dən etibarən aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını elan edib. Dörd istiqamətə konkret qiymətlər müəyyənləşdirən aviaşirkət digər bütün istiqamətlərdə təyyarələrdəki yerlərin 30%-nin 20% endirimlə satılcağını da elan etmişdir. Lakin həmin 20% endirimli yerlər hələ sistemə köçürülmədiyi üçün satış mümkün deyildi. Bu gündən etibarən sərnişinlər AZAL-ın bütün istiqamətlərdə 20% endirimli biletlərini əldə edə bilərlər.

Endirimli biletləri “Azərbaycan Hava Yolları”nın kassaları ilə yanaşı turagentliklərdən də almaq mümkündür.

 
OXŞAR XƏBƏRLƏR