“İstanbul metrosunda və avtobus dayanacaqlarında terror aktlarının baş verməsi ehtimalı var”, məlumatda deyilir.
XİN həmçinin Almaniya vətəndaşlarını Suriya və İraq sərhədinə yaxınlaşmaqdan çəkindirib.
Bundan əvvəl Almaniya xarici işlər idarəsinin nümayəndəsi Türkiyədə vəziyyətin ağır olduğunu bildirmiş, rəsmi Berlin isə Türkiyə hökumətini PKK ilə dialoqa çağırmışdı.