AZAl bələdçi axtarır-Elan

”Azərbaycan Hava Yolları” Qаpalı Səhmdar Cəmiyyəti təyyarə bələdçisi işləmək istəyən qızları işə dəvət edir
Xəbərlər 20 Fevral 2014 00:00 2075
AZAl bələdçi axtarır-Elan

”Azərbaycan Hava Yolları” Qаpalı Səhmdar Cəmiyyəti təyyarə bələdçisi işləmək istəyən qızları işə dəvət edir. AZAL-dan Seyyah.az-a verilən məlumata görə, fevral ayının 10-dan mart ayının 10-dək saat 10.00-dan 17.00 kimi bu vəzifəyə sənəd qəbulu elan edilib.

Məlumatda bildirilir ki, namizədlər müsabiqə yolu ilə seçiləcək. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, qızlar boyu 165 sm-dən aşağı olmayan 180 sm-dən çox olmayan, çəkisi 75 kg artıq olmayan ; azərbaycan, rus və inglis və ya başqa xarici dillərində sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli qızlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur: şəxsiyyət vəsiqəsi; bir fotoşəkil (3х4); xarici pasport; diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa)

Təyyarə bələdçisi olmaq istəyənlər sənədlərini “Azərbaycan Hava Yolları” QSC-nin Kadrlar İdarəsinə təqdim etməlidirlər. Məlumat üçün “Azərbaycan Hava Yolları” QSC-nin Kadrlar İdarəsinə müraciət etmək olar: 497 26 00 (daxili: 24-04; 20-45; 20-74; 21-73; 24-48) ; 497 – 20- 45.

OXŞAR XƏBƏRLƏR