Azərbaycanda mehmanxanaların sayı 338-ə çatıb

Mədəniyyət və Turizim Nazirliyi yeni mehmanxanalara lisenziya verib
Xəbərlər 6 Avqust 2015 00:00 876
Azərbaycanda mehmanxanaların sayı 338-ə çatıb

 

Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatıb.

Səyyah.az-ın Mədəniyyət və Turizim Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayı ərzində "My Way" mehmanxanası, "Dostluq" istirahət mərkəzi, "Motel" və "Business Palace" obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Eyni zamanda, Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı isə 295-ə çatıb. Mədəniyyət və Turizm Nazirliyi itərəfindən iyul ayı ərzində "Ze Tur", "Luna Travel", "Bir An Tur", "Kaspi Tur", "Azera Turizm", "Time To Travel", "Mondo Travel", "A La Carte Travel" və "Filosofi" şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

 
OXŞAR XƏBƏRLƏR