Azərbaycanda ucuz sanatoriya - GÜNÜ 29 MANAT

Naftalana şəfa tapmaq üçün Azərbaycanın bölgələrindən və xarici ölkələrdən gələn qonaqların sayı gündən-günə artmaqdadır
Xəbərlər 12 Avqust 2015 00:00 9438
Azərbaycanda ucuz sanatoriya - GÜNÜ 29 MANAT

Naftalana şəfa tapmaq üçün Azərbaycanın bölgələrindən və xarici ölkələrdən gələn qonaqların sayı gündən-günə artmaqdadır.

Seyyah.az-ın məlumatına görə. Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki,  2014-cü ildə Naftalana 3000 nəfərə yaxın xarici vətəndaş gəlmişdir.

Ümumilikdə şəhərə  gələn yerli və xarici qonaqların sayı 2009-cu ildə 2500 olduğu halda, bu rəqəm  2014-cü ildə 5-6 dəfə artaraq 15000 nəfəri keçmişdir.

Bu ilin ötən dövrü ərzində isə şəhərə 7500 nəfər turist gəlib

Hazırda Naftalanda 7 özəl istirahət və sağlamlıq mərkəzi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin nəzdində “Naftalan” Kurort Birliyi fəaliyyət göstərir. Ümumilikdə şəhərdə bir gündə 2000 nəfər turist müalicə ala və istirahət edə bilər.

Son üç ildə şəhərdə üç beynəlxalq səviyyəli  yeni istirahət və sağlamlıq mərkəzləri-Chinar Hotel & Spa Naftalan, “Naftalan Hotel by Rixos” və Garabag Resort & Spa istirahət sağlamlıq mərkəzi tikilib istifadəyə verilmişdir.  Həm otel və istirahət, həm də müalicə mərkəzi kimi Naftalana müalicə və istirahətə gələn yerli və xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilməsi məqsədilə burada hər cür şərait yaradılıb.  

QİYMƏTLƏR 29 MANATDAN BAŞLAYIR

İcra Hakimiyyətindən bildirildi ki, Naftalanda fəaliyyət göstərən sanatoriyalarda göstərilən xidmət səviyyəsindən asılı olaraq  bir günlük xərc 29 manatdan başlayır ki, bura gündəlik 3 dəfə qidalanma, yatmaq, naftalan nefti və digər  müalicə prosedürləri daxildir. Bu da gəliri az olan vətəndaşların belə burada gəlib istirahət və müalicə almalarına imkan yaradır

OXŞAR XƏBƏRLƏR