Tez-tez səyahət etmək sağlamlığa ziyandır - EKSPERTLƏR

Alimlər hətta bu əyləncəli istirahət növündə də ifrata varmamağı tövsiyə edirlər
Xəbərlər 13 Avqust 2015 00:00 1023
Tez-tez səyahət etmək sağlamlığa ziyandır - EKSPERTLƏR

Səyahət həvəskarı obrazının bütün cəlbediciliyinə baxmayaraq, alimlər hesab edirlər ki, tez-tez səyahət etmək insanın sağlamlığında mənfi təsir göstərə bilər.   Lunda və Surreya Universitetlərinin tədqiqatçıları iddia edirlər ki, səyahət həvəskarları müəyyən vaxtdan sonra hər bir səyahətçi dərin damarların trombozundan əziyyət çəkə bilər. Çünki bu problem səyahətçilərin məruz qaldığı stresslər nəticəsində, habelə insan tənha olanda əmələ gəlir.   Alimlər ilk dəfə deyildir ki, belə xəbərdarlıq edirlər. Veytsman Universitetinin alimləri bu yaxınlarda müəyyən ediblər ki, tez-tez səyahətə çıxmaq piylənmə, habelə yuxu və oyaq qalma sikllərinin pozulmasına səbəb olur. Bu da mütləq orqanizmdə baş verən müxtəlif metabolik proseslərə təsir göstərir.   Buna görə də alimlər hətta bu əyləncəli istirahət növündə də ifrata varmamağı tövsiyə edirlər.

OXŞAR XƏBƏRLƏR