Göygölün ilk zibilləri – FOTO

Yüksək cərimələr də kömək etmədi
Xəbərlər 14 Avqust 2015 00:00 2360
Göygölün ilk zibilləri – FOTO

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda Göygöl Milli Parkına turistlərin girişinə qoyulmuş məhdudiyyətlər aradan götürülüb. 

Seyyah.az-ın xəbər verdiyi kimi, artıq avqustun 12-də turistlərin Azərbaycan təbiətinin incisi olan Göygölə səyahət etməsi reallaşıb, ərazidə istirahət etmək üçün uyğun şərait yaradılıb.

Bir müddət əvvəl Milli Parkın ərazisinə girişə olan məhdudiyyətin götürülməsi barədə açıqlama vermiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktor müavini Hikmət Əlizadə 2008-ci ildən tətbiq olunan məhdudiyyətin ərazinin çirklənməsi ilə bağlı olduğunu demişdi.

H.Əlizadənin sözlərinə görə, Göygöl müəyyən vaxtlarda atropogen təsirə, istismara məruz qalmışdı: “Əraziyə daxil olan bəzi vətəndaşlar gölü çirkləndirir, ağacları qırırdılar. Bununla əlaqədar təbiətin bərpası üçün ora turistlərin girişinə məhdudiyyət qoyulmuşdu”.

Şöbə rəisi bildirmişdi ki, Göygöl Milli Parkını çirkləndirən turistlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələr tətbiq olunacaq: “Ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub”.

Bu barədə xəbərin yayılmasından sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri Göygölə səfər edəcək vətəndaşların, sakinlərin təbiətin bu gözəl incisini çirkləndirəcəyi ilə bağlı idi.

Sosial şəbəkə istifadəçiləri birmənalı olaraq bəyan edirdilər ki, tezliklə gölün ərazisi çirklənəcək, çünki “biz istirahət edə bilmirik”. Təəssüf ki, bu, həqiqətən də belə oldu. Seyyah.az-ın Oxu.az-a istinadən məlumatına görə, Göygölə girişin açılmasından cəmi 2-3 gün ötsə də, artıq suyun üzərində ilk plastik butulkalar, digər zibili müşahidə etmək olar. Bu şəkillər Göygöldə səfərdə olan müxbir tərəfindən çəkilib.

 

 

 

OXŞAR XƏBƏRLƏR