Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadov Göygöl Milli Parkının zibillənməsilə bağlı məsələyə aydınlıq gətirərkən belə deyib. Seyyah.az AzVision.az-a istinadən bildirir ki, C.Cavadov bu günə kimi 15 nəfərin cərimələndiyini, 2 nəfərin isə polis bölməsinə təhvil verildiyini deyib:
“Milli Parkın ərazisində hər 100 metrdən bir zibil qutuları qoyulub. Buna baxmayaraq çoxları zibili həmin qutuya yox, yerə atır. Əsasən də körpə uşaqlarnan gələn qadınların sayı çoxdur. Bələkdəki uşağı ilə gəlib Parkın ərazisində pampers dəyişirlər. Dəfələrlə xəbərdarlıq olunsa da heç bir fayda vermir. ”