Azərbaycan və Pakistan arasında hava xətti açılacaq

Xəbərlər 24 Avqust 2015 00:00 978
Azərbaycan və Pakistan arasında hava xətti açılacaq

Azərbaycan və Pakistan arasında hava nəqliyyat xəttinin açılışı sentyabrın sonuna nəzərdə tutulub. Seyyah.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

O qeyd edib ki, hazırda hava xəttinin açılışı ilə bağlı texniki məsələlər həll olunur.

Daha əvvəl aviareysin avqustun 12-də açılacağı bildirilmişdi, ancaq bir sıra texniki problemlərə görə, reys qeyri-müəyyən müddətə təxirə salınmışdı.

İslamabad-Bakı-İstanbul marşrutu üzrə uçuşları “Türkiyə Hava Yolları”na məxsus təyyarələr həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR