"Şamaxı Palace" Oteli satıldı

"Sheredil Otel" MMC "Samaxi Palace"in idarəetməsini "Absheron Hotel Group"a həvalə edib
Xəbərlər 25 Avqust 2015 00:00 2207
"Şamaxı Palace" Oteli satıldı

Şamaxı və Ağsu rayonlarının qovuşacağında yerləşən və gur meşələrlə əhatələnən 102 qonaq otaqlı Şamaxı Palace Oteli Absheron Hotel Group otellər qrupuna daxil olur.

Əvvəllər "Modern Qrup"a məxsus olan və Rixos Otellər qrupu tərəfindən idarə olunan otel artıq satılıb. Buna görə də sahibkar şirkət olan "Sheredil Otel" MMC "Samaxi Palace"in idarəetməsini "Absheron Hotel Group"a həvalə edib.

İdarəçiliyin Rixos Otellər Qrupundan "Absheron Hotel Group"a (AHG) təhvil verilməsi, Regional direktoru Şükrü Koçak olan Rixos-un sahibkar şırkət qarşısında öz öhdəliklərini yerinə yetirməsindən və mandatını təhvil verməsindən sonra, avqust ayının sonunadək həyata keçiriləcəkdir.

Rixos Otellər qrupu ilə Absheron Hotel Group-un Şamaxıda baş tutmuş birgə görüşündə idarəçiliyin Abşeron Hotel Group-a keçirilməsi zamanı yerli işçi heyətinin iş yerlərinin qorunması əsas prioritet mövzu olmuşdur.

Absheron Hotel Group-un İcraçı Direktoru Mark Ehler demişdir: " Mən Rixos otel idarəçiliyinin peşəkarlığına hörmətlə yanaşır və onlara təhvil-təslim müddətində göstərdikləri qayğı və dost münasibətə görə öz təşəkkürümü bildirirəm".

“ABSHERON Hotel Group” Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli hotel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqdisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “ABSHERON Hotel Group”un təsis olunmasını şərtləndirmiş və buna təkan vermişdir. Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir.

“ABSHERON Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir.

"Marja"  

 
OXŞAR XƏBƏRLƏR