Batumi su altında qalıb

Şəhərin ətrafında Batumidən çıxmağa çalışan yüzlərlə maşın tıxac əmələ gətirib
Xəbərlər 26 Avqust 2015 00:00 908
Batumi su altında qalıb

Gürcüstanın kurort şəhəri Batumidə cəmi bir neçə saat ərzində yağan leysan yağışlar və dörd ballıq güclü külək şəhərin yarısını işıqsız qoyub, evlər su altında qalıb. Tbilisi və Kutaisi şəhərlərindən Batumiyə xilasedici briqadalar və xüsusi texnika göndərilir.

İnsanlar su basmış küçələrdə, binaların birinci mərtəbələrində və mağazalarda çıxılmaz vəziyyətdə qaldıqlarından şikayətləniblər.

Şəhərin ətrafında Batumidən çıxmağa çalışan yüzlərlə maşın tıxac əmələ gətirib.

Trend

 
OXŞAR XƏBƏRLƏR