Batumidəki vəziyyət azərbaycanlı turistlərə təsir edib?

Xəbərlər 27 Avqust 2015 00:00 696
Batumidəki vəziyyət azərbaycanlı turistlərə təsir edib?

Ötən gün gecə Gürcüstanın kurort şəhəri Batumidə başlayan leysan yağışları və güclü külək burada istirahət edən azərbaycanlı turistlərə problem yaratmayıb.

Bu barədə Azərbaycanın Batumidəki konsulu Arzu Mikayılov deyib.

O bildirib ki, hazırda vətəndaşlarımızdan Azərbaycanın Batumidəki baş konsulluğuna pis hava şəraiti ilə bağlı heç bir müraciət daxil olmayıb.

Diplomat qeyd edib ki, şəhər meriyası təbii hadisənin nəticələrini aradan qaldırır.

A.Mikayılov daşqının baş konsulluğun binasına da ziyan vurduğunu bildirib.

Trend

 
OXŞAR XƏBƏRLƏR