Turizim şirkətləri akkrediyasiyadan keçəcək- Yenilik

Xəbərlər 27 Avqust 2015 00:00 877
Turizim şirkətləri akkrediyasiyadan keçəcək- Yenilik

Mədəniyyət və Turizm Nazirliyi (MTN) elektron turist vizası vermək hüququnu əldə etmək istəyən turizm şirkətlərinə müraciət edib.

Fins.az-a Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.
 
Bu yeni qayda Azərbaycanın Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmış və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.
 
“Qeyd olunanlara əsasən, turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb olunan sənədlər nazirliyin Turizm şöbəsinə təqdim oluna bilər (qaydalar əlavə olunur). Əlaqə telefonu 492-88-50-dir” – deyə müraciətdə qeyd olunub.

 
OXŞAR XƏBƏRLƏR