«Wizz Air» də Azərbaycana qayıdır

Xəbərlər 27 Avqust 2015 00:00 1051
«Wizz Air» də Azərbaycana qayıdır

Endirimli qiymətə uçuşları ilə dünyada məşhur olan Macarıstanın Wizz Air şirkəti Azərbaycana uçuşlarını bərpa edəcək. Seyyah.az-ın məlumatına görə, bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

«AZAL»dan deyiblər ki, Wizz Air şirkəti 24 avqust tarixində bizə 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsi niyyətində olduğunu bildirib.

“Bizim tərəfdən  2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Onu da bildirmək istərdik ki, Azərbaycan tərəfi Wizz Air şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”.

2016-cı ilin martında uçuşların bərpasına gəldikdə isə, AZAL-dan qeyd ediblər ki,  “bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar keçirməsi gözlənilir”.

OXŞAR XƏBƏRLƏR