Xaricə səyahətlər kəskin ucuzlaşdı - ENDİRİMLƏR

Xəbərlər 3 Sentyabr 2015 00:00 1322
Xaricə səyahətlər kəskin ucuzlaşdı - ENDİRİMLƏR

Yay mövsümünün başa çatması səyahətə gedənləin sayını kəskin azaldıb. Turizm şirkətlərindən verilən məlumata görə, səyahət üçün müraciət edən turistlərin sayında azalma var, eyni zamanda mövsümün başa çatması ilə əlaqədar səyahətlər də ucuzlaşıb.

 

Ən böyük endiririm Türkiyəyədir

Ölkənin aparıcı turizm şirkətlərindən biri olan «7 days Travel»də bildirirlər ki, turizm mövsümünün azalması özünü həm qiymətlərdə, həm də müştəri sayında göstərir. Qiymətlərdə endirim, müştərilərin sayında isə azalma başlayıb. Şirkətin direktoru Tofiq Hacıyev bildirib ki, səyahət üçün müraciət edən müştərilərin sayında təqribən 40% azalma var. Üstəlik, istiqamətlər də dəyişib: «Mövsümdə Antaliya, Kuşadasına,Bodruma təlabat daha çox idi. Buna səbəb həm məsafə yaxın olduğundan,  həm də birbaşa uçuş olduğuna görədir. Indi isə Dubay, Misir, İstanbula təlabat var».

Mövsüm sonu olduğuna görə, xüsusilə Türkiyə istiqamətində endirimlər başlayıb - otellərdə 40-50% endirim mövcuddur: «Məsələn, Kəmərdə avqust ayı üçün 5* oteldə 2 nəfərlik 6 gecəlik istirahət 1200 azn-ə başa gəlirdisə hal-hazırda 500 azn-dir. Həmin yerdə 4* oteldə avqust ayında 2 nəfərlik 6 gecəlik oteldə 800 azn-ə qalmaq olurdusa indi bu qiymət 300 azndir».

Müştərilər kəskini azalıb

«Mir Travel» şirkətin tur meneceri Vüsalə Məmmədova fins.az-a bildirib ki, səyahətə gedənlərin sayında kəskin azalma var: «Yayda, isti vaxtlarda gün ərzində 10 müştəri müraciət edirdisə hal hazırda 2 müştəri müraciət edir». Yay mövsümündən fərqli olaraq səyahətlərin istiqaməti də dəyişib. Əgər yayda əsas istiqamətlər Antalya, Bodrum, Kuşadası idisə, indi müştərilər əsasən, Dubay və Avropa ölkələrinə getmək istəyirlər.

Turizim mövsümuünün bitməsi ilə əlaqədar olaraq qiymətərdə də təqribən 15-20% endirim var. Belə ki, mövsümün pik vaxtlarında Antaliya istiqamətində 5* otelə 2 nəfərlik istiirahət 1700-1800 manata başa gəlirdisə, hal-hazırda bu səyahətin qiyməti 1300-1400 manata enib: «Və ya Tiflisdən Antalyaya 2 nəfərlik səyahət 1300-1400 azn-ə olurdusa indi 1000 azn-ə başa gəlir».

Avropa turlarına maraq artıb

«Meridian Travel»də də bildirirlər ki, mövsümün yekunlaşması müştərilərin sayını kəskin azaldıb: «Müştərilərin sayında turizim mövsümünə nisbətən 60-70% azalma var». Şirkətin tur operatoru Sevinc Məmmədzadə bildirib ki, əvəzində indi Dubaya və Avropaya gedənlər artıb: «Yayda Türkiyənin Antalya bölgəsinə, Gürcüstanda Batumiyə, İspaniyaya təlabat vardı, ancaq indi Türkiyədə İstanbula,Dubaya və Avropa ölkələrinə  telabat var». Mövsümün yekunlaşması nəticəsində xüsusilə Türkiyə turlarında böyük endirimlər başlayıb: «Antalyada 5* oteldə 4 gecəlik  iki nəfərin istirahət qiyməti 1980 azn olduğu halda, indii bu rəqəm 1145 azn-dir. 4* oteldə 1 həftəlik istirahət isə 1176 dollardan 795 dollara enib».

Səyahətə gedənlərin tərkibi də dəyişib

«7 days Travel»də başqa bir maraqlı dəyişikliyə də diqqəti cəlb edirlər. Şirkətdən verilən məlumata görə, yay aylarında səyahət edənlərin əksəriyyəti məzuniyyətdə olanlar idisə, indii toylar başladığına görə cavanlar bal ayı üçün müraciət edirlər. Həmçinin Türkiyə və başqa ölkələrdə başlayan şopping  festivallara gedənlərin də sayı artıb. Mualicəvi turlarda da kəskin endirim başlayıb, ona görə, yaşlı kütlə və təqaüdçülər də müraciət edir.

fins.az

OXŞAR XƏBƏRLƏR