Dərs ilinin uzadılması turizm sektoruna zərbə vuracaq

2015-2016-cı dərs ilində dərs ilinin müddəti iyunun 15-dək uzadılıb
Xəbərlər 7 Sentyabr 2015 00:00 981
Dərs ilinin uzadılması turizm sektoruna zərbə vuracaq

Dərs ilinin müddətənini uzadılması barədə Təhsil Nazirliyinin qərarı ölkədə daxili turizmin inkişafına mənfi təsir göstərəcək. Bu barədə ölkənin ən böyük turim obyektlərindən birinin - Nabrandakı «Atlant» istirahət mərkəzinini sahibi Tahil Balaqədaşov bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin qərarı ilə 2015-2016-cı dərs ilində dərs ilinin müddəti iyunun 15-dək uzadılıb. Sahibkarın sözlərinə görə, yay mövsümü formal olaraq 3 ay davam etsə də, hazırda onsuz da orta məktublərin buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanları səbəbindən istirahət mərkəzləri yalnız 30-35 gün müddətində normal turist axını qəbul edirlər.

Dərs ilinin uzadılmasından sonra isə turistlərin sayı daha da azalacaq: «Hazırda mövsüm ərzində 30-32 gün turist axını toplanırdısa , gələn il yəqin ki, o da olmayacaq». T.Balaqədeşov ildirib ki, yerli turizmin inkişafı üçün ölkədə turizm mövsümünün aprel-may aylarından başlanması vacibdir. Xatırladaq ki, bir qədər əvvəl Türkiyədə turizm gəlirlərinin azalması səbəbindən, turoperatorların müraciəti əsasında hökumət dərs ilinin uzadılması barədə qərar qəbul edib.

fins.az 

OXŞAR XƏBƏRLƏR