"Dalğa Beach"in qiymətlərində - endirim

Azərbaycanın ən böyük aquaparkı olan Dalğa Beach-də endirimlər başlayıb
Xəbərlər 7 Sentyabr 2015 00:00 3590
"Dalğa Beach"in qiymətlərində - endirim

Azərbaycanın ən böyük aquaparkı olan Dalğa Beach-də endirimlər başlayıb. Seyyah.az Aquaparkın Facebook səhifəsinə istinadən xəbər verir ki, Sentyabrın 1-dən giriş qiymətləri - həftə içi - 10 AZN, həftə sonları (şənbə və bazar) - 15 AZN təşkil edir. 0-8 yaş pulsuz (max. 2 nəfər) 8-12 yaş - 5 AZN-dir (max. 2 nəfər).

Qeyd edək ki, bundan əvvəl giriş, həftə içi 25 manat, həftə sonu isə 35 manat idi.

Qeyd edək ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir. Burada uşaqlı, böyüklü hər kəsin vaxtını səmərəli keçirməsi üçün şərait yaradılıb. "Dalğa Arena"nın yaxınlığında yerləşən kompleksin ümumi ərazisi 5 hektardır. Burada çalışan 310 nəfərlik heyət eyni anda 1200 nəfər qonağa xidmət göstərə bilər

OXŞAR XƏBƏRLƏR