Fransanın paytaxtının bahalı məhəllələrindən birində yerləşən 5 ulduzlu "Le Bristol" oteli Avropanın ən yaxşı oteli adını qazanıb. Bu qiymətləndirməni isə səyahət barədə məşhur jurnallardan biri olan Condé Nast Traveller edib.
Parisin "Le Bristol" oteli “Avropa, Türkiyə və Rusiyanın” ən yaxşı otelləri kateqoriyasında ən yaxşı elan edilib. Bununla yanaşı, sözügedən bu otel dünyanın top 100 oteli içərisində 5-ci pillədə qərarlaşıb.