“Excelsior Hotel & Spa Baku” otelində “FMS Models” məktəbinin təşkilatçılığı, “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatı dəstəyi və “İD FASHİON CHANEL” telekekanalı tərəfindən 16,17 və 18 oktyabr tarixlərində keçiriləcək “Baku Fashion Night” tədbirinə həsr edilmiş mətbuat konfransı keçirildi. Mətbuat konfransında “Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyraz, FMS Models məktəbinin rəhbəri Lyubov Quturova, İD FASHİON“ kanalının baş prodüseri Vasil Klumçik və başqaları iştirak etdilər.
Mətbuat konfransında çıxış edən FMS Models məktəbinin rəhbəri Lyubov Quturova bildirdi ki, “Baku Fashion Night” tədbiri Yaz – Yay və Payız- Qış olaraq ildə 2 dəfə keçirilən bir moda nümayişidir. “Excelsior Hotel & SPA” hovuz ətrafında Payız - Qış kolleksiyalarının birinci dəfə nümayişi 2014-cü ilin sentyabr ayında, ikincisi isə 2015-ci ilin mart ayında Yaz-Yay kolleksiyalarının nümayişi ilə həyata keçirilmis “Baku Fashion Night” tədbirlərinin yerli və xarici dizaynerləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. “Baku Fashion Night” üçüncü tədbiri 16,17 və 18 oktyabr tarixlərində Payız-qıs kolleksiyalarının nümayişi ilə keçiriləcək. Hər il olduğu kimi bu il də dünyaca məşhur dizaynerlər kolleksiyalarını nümayiş edəcəklər. Milanın, Parijin və Barselonanın moda həftələrinin iştirakçısı, ispan dizayneri Jordi Dolmau Novia bu ilki tədbirdə kolleksiyasını Bakılı tamaşaçılara nümayiş edəcək dizaynerlərdən bir olacaq. “Baku Fashion Night” tədbirinin keçirilməsində məqsəd moda nümayişinə həqiqətən böyük marağı olan auditoriyanı yerli və xarici moda dizaynerlərinin kolleksiyaları ilə tanış etməkdir.
2005-ci ildə yaradılan "FMS models" ( www.fms.az ) Azərbaycanın aparıcı model agentliyi model biznesinin bütün aspektləri üzrə fəaliyyət göstərir. “FMS Models” həmişə moda və reklam sahəsində dizaynerlər, fotoqraflar və tədbir təşkilatçıları tərəfindən, həm Azərbaycanda həm də digər ölkələrdən yüksək tələb görməkdədir. Agentliyin indiki hədəfi bütün dünyada tanınmış model agentlikləri ilə əməkdaşlıq etməkdir .
Tədbirə təşkilati dəstək verən “Excelsior Hotel & Spa Baku’’ eyni zamanda tədbirin yer, səs və işıq sistemlərinin sponsorudur. “İD FASHİON“ kanalı dünyada ən son moda və həyat tərzi üzrə son tendensiyaları təbliq edən dünya səviyyəli kanaldır. “İD FASHİON” kanalının komandası dünyanın ən məhşur brendləri ilə Chanel, Louis Vuitton, Roberto Cavalli, Philipp Plein, Dsquared2,Diesel, Dirk Bikkembergs, Ulyana Sergeenko, Serkan Cur və s. əməkdaşlıq edir. “İD FASHİON” telekanalı “Baku Fashion Nights” layihəsinin üçüncü fəsildir ki, əvəz olunmaz tərəfdaşıdır. “İD FASHİON” sizə parlaq və yüksək keyfiyyətli bir moda nümayişini izləməyə imkan verir.”