"Azərbaycan Hava Yolları" QSC 2015-2016-cı illərin qış mövsümü üçün Bakı-Dubay marşrutu üzrə yeni aviareysə başlayır. Oktyabrın 25-dən etibarən gündə bir dəfə olmaqla Bakı-Dubay marşrutu üzrə şəhərin cənub-qərbində yerləşən digər hava limanı, “Dubai Al Maktoum” aeroportuna da uçuşlara başlanacaq.
Qeyd edək ki, aviaşirkət uçuşları “Embraer 190” təyyarələri ilə reallaşdıracaq. Sözügedən istiqamətdə uçuşlar hazırda Dubay Beynəlxalq Hava Limanına gerçəkləşdirilir.
“Report”