Qatar Airways şirkəti Bakıdan Doha, Dubay, Dehli, Sinqapur, Honkonq, Maldiv adaları, Şanxay, Bankok, Manila istiqamətlərinə xüsusi endirimli qiymətlər təklif edir. Seyyah.az-ın məlumatına görə, ekonom sinif biletlərinə 20% qədər güzəştli endirim tətbiq olunur. Biletləri 28 fevral-31 mart tarixinədək əldə etmək mümkündür.
Qeyd edək ki, dünyanın ən böyük aviaşirkətlərindən olan Qatar Airways-lə Cathay Pacific Airways arasında qarşılıqlı razılaşma əsasında Honkonq və Doha istiqamətində 30 mart 2014-cü il tarixinədək həyata keçiriləcək uçuşlara xüsusi xidmətlər təqdim etməyə başlayıb. Razılaşma əsasında hər iki aviaşirkətin müştəriləri geniş spektrli xidmətlərdən yararlanacaq.
Kampaniya çərçivəsində gündəlik olaraq Honkonq-Doha istiqamətində təşkil olunacaq birbaşa reyslərdə sərnişinlərə yüksək keyfiyyətli məhsul və xidmətlər təklif olunacaq. Uçuşlar hər üç sinif üzrə: biznes, premium ekonom və ekonom sinifləri üzrə həyata keçiriləcək. Yeni razılaşmaya əsasən hər iki aviaşirkətin klub üzvlərinə daha çox xal qazanmaq və onları xərcləmək imkanı veriləcək. Bundan başqa klub üzvləri uçuşlar zamanı əlavə baqaj təminatından və başqa imkanlardan yararlana biləcəklər.