Azərbaycan otellərində qiymətlər 15-30% azalıb

Ucuzlaşma əsasən Bakı və Abşeron yarımadasında yerləşən otellərdə baş verib
Xəbərlər 14 Sentyabr 2015 00:00 736
Azərbaycan otellərində qiymətlər 15-30% azalıb

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) apardığı monitorinqlər nəticəsində məlum olub ki, bir sıra otel və mehmanxanalar göstərdikləri xidməti 15-30% ucuzlaşdırıblar. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə AzTA sədrinin müşaviri Müzəffər Ağakərimov məlumat verib: “Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 1-ci yarısının yekunlarına dair iclasında ölkədə turizmin inkişafı üçün bir sıra göstərişlər verib, vizaların onlayn rejimdə verilməsi prosesinin sürətləndirilməsini və sadələşdirilməsini, 2-3 ulduzlu otellərin inşasını və turizm obyektlərində qiymətlərin aşağı salınmasını tapşırıb. Bununla əlaqədar turizm şirkətləri və otellər ciddi işlər görüblər. Biz 142 oteldə (əsasən Bakı və Abşeron yarımadasında yerləşən otellərdə) monitorinqlər apardıq və məlum oldu ki, qiymətlər 15-30% aşağı salınıb. Yaxın vaxtlarda digər ötellərdə də ucuzlaşma gözləmək olar” – deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR