“Excelsior Hotel Baku” da Bilik Günü ilə bağlı tədbir keçirilib

Xəbərlər 14 Sentyabr 2015 00:00 1015
“Excelsior Hotel Baku” da Bilik Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 12-də “AtaSığorta” ASC və “Excelsior Hotel Baku” otelinin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının birinci sinifə gedəcək uşaqları üçün 15 sentyabr Bilik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, yazıçı Fazil Abbasov və yazıçı Nizaməddin Şəmsizadə birinci sinifə gedəcək uşaqların biliklər dünyasına ilk qədəmlərini qoymaqları münasibətilə təbrik etdilər və onlara təhsillərində uğurlar arzuladılar.

Uşaqlar hərflər, saylar, rənglərlə bağlı viktorinalarda, mahnı və şer müsabiqələrində iştirak etdilər. Qaliblərə “AtaSığorta” ASC-dən hədiyyələr təqdim edildi. “AtaSığorta” Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Yusif Ağayev tədbirlə bağlı qeyd etdi: “Biz bu günü təntənəli, təmtəraqlı və yadda qalan etdiyimiz üçün çox şadıq. Bizim dövrümüzdə təhsil istənilən cəmiyyətdə son dərəcə vacib rol oynayır. Ümid edirik ki, tədbirdə iştirak edən uşaqlar gələcəkdə yaxşı təhsil alacaq və Azərbaycanın yüksək təhsilli və layiqli vətəndaşları olacaqlar.

OXŞAR XƏBƏRLƏR