“Xəyal adası” nda evlərin və villaların qiymətləri açıqlandı

Xəbərlər 15 Sentyabr 2015 00:00 9762
“Xəyal adası” nda evlərin və villaların qiymətləri açıqlandı

Binə qəsəbəsində tikilən “Dreamland” (Xəyal adası) yaşayış kompleksində evlərin qiyməti 240-400 min manat, villaların qiyməti isə 700 min - 4 mln. manat ətrafında dəyişir.

Seyyah.az xəbər verir ki, bu barədə jurnalistlərin “Dreamland” yaşayış kompleksinə media-turu zamanı bildirilib.

Çıxış edənlər qeyd ediblər ki, villaların qiyməti onun modelindən və dizaynından asılı olaraq dəyişir.

Jurnalistlərə  kompleks barəsində geniş məlumat verilib. Bildirilib ki, yaşayış kompleksində 234 sayda elit apartament və villalar inşa edilməkdədir. Həmçinin ərazidə böyük qolf klub yerləşir.

Qeyd edək ki, “Dreamland” yaşayış kompleksi “Azersun Holding”ə bağlı olan bir layihədir. Layihə haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

OXŞAR XƏBƏRLƏR