Nahid Bağırov ÜTT- nın Avropa üzrə vitse-prezidenti seçilib

Xəbərlər 17 Sentyabr 2015 00:00 872
Nahid Bağırov ÜTT- nın Avropa üzrə vitse-prezidenti seçilib

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri yenidən BMT-nin yanında Ümumdünya Turizm Təşkilatına (ÜTT) qoşulmuş üzv dövlətlərinin Avropa üzrə vitse-prezidenti seçilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 12-17 sentyabr tarixlərində Kolumbiyanın Medelin şəhərində Ümumdünya Turizm Təşkilatının 21-ci sessiyası keçirilir. Bu sessiyada 120 dövlətdən 900 nümayəndə iştirak edir. Sessiyanın 14 sentyabrda keçirilən iclasında təşkilatın bir sıra strukturlarına seçkilər olub.

Keçirilən bu seçkidə Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov 2 il müddətinə ÜTT-yə qoşulmuş üzv dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.

Qeyd edək ki, AzTA-nın sədri hələ 2013-cü ildə postsovet ölkələri içərisində ilk nümayəndə idi ki, ÜTT-də bu vəzifəyə seçilmişdi.

Bu gün ÜTT üzv dövlətlərini 400 təşkilat təmsil edir. Bunlar hava yolları, turizm şirkətləri və büroları, reklam agentlikləri, universitetlər, turizm biznes məktəbləri, məşhur mehmanxanalar və digər təşkilatlardır.

OXŞAR XƏBƏRLƏR