«Qədim Şəki” restoranı istifadəyə verildi- Şəkidə

Xəbərlər 18 Sentyabr 2015 00:00 8076
«Qədim Şəki” restoranı istifadəyə verildi- Şəkidə

Şəkidə «Qədim Şəki” restoranı istifadəyə verilib. Restorandan seyyah.az-a verilən məlumata görə, “Qədim Şəki” rayondakı “Hotel Servis” otelinin birinci mərtəbəsində yerləşir: “Restoran iki zaldan ibarətdır. Biri qədim üslubda tərtib edilərək qonaqların ixtiyarına verilib. Digər zal isə banket zalı kimi fəaliyyət göstərir”.

 

Restoranın əsas hədəfi zəngin Azərbaycan mətbəxini tanıtmaq və yaşatmaqdır: “Şəki özünəməxsus mətbəxə sahib olan yerdir. Burada hazırlanan yeməklər ölkəmizin digər mətbəxlərində hazırlanan yeməklərdən fərqlənir. Müştərilərimiz burada həm yerli, həm də ümumiyyətlə, Azərbaycan mətbəxinin təamlarını dada biləcəklər. Qonaqlara yerli yeməklərdən Şəki pitisi, kənd toyuğundan hazırlanmış ovriştə, Şəkisayağı gürzə, rayonumuza məxsus ploblardan çığırtmalı aş və şüyüdlü aş (mövsümə görə paxla ilə hazırlanır) və s. təqdim edirik. Zəngin Şəki mətbəxi ilə yanaşı menyumuzda Bakı düşbərəsi, Lənkaran Sırdağı, Masallı Çölməsi, Şirvan soyutması, Qarabağ bozartması, Ləzgi Afarı, Ordubad qayqanağı da yer tutur”

 

Qiymətlərə gəlincə, restorandan  bildirildi ki, təklif olunan menyularda içkilər, salatlar, soyuq və isti yeməklərin qiymətləri münasibdir. Məsələn, məhşur Şəki pitisinin qiyməti 4 manatdır. Kababların qiyməti bir nəfərlik pay üçün 3 manatdan başlayır. Bunda başqa, müştərilərə somavar çayı, müxtəlif cür mürəbbələrlə 3 manatdan başlayan qiymətlərlə çay süfrəsi təklif edilir.  

OXŞAR XƏBƏRLƏR