Eyfel qülləsi bağlanıb

Xəbərlər 21 Sentyabr 2015 00:00 1439
Eyfel qülləsi bağlanıb

Bazar günü səhər saatlarında Parijdə Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.  Seyyah.az trend-ə istinadən xəbər verir ki, buna səbəb qeyri-qanuni keçidə cəhd göstərilməsi olub.

Qüllənin nə vaxt ziyarət açılacağı barədə məlumat verilmir.

Eyfel qülləsi — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir.

Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.

OXŞAR XƏBƏRLƏR