Kredit kartınızı hava limanı personalına təqdim edin-AZAL

"Azərbaycan Hava Yolları" QSC aviabiletləri onlayn əldə edən sərnişinlərə müraciət edib.
Xəbərlər 27 Fevral 2014 00:00 1782
Kredit kartınızı hava limanı personalına təqdim edin-AZAL

"Azərbaycan Hava Yolları" QSC aviabiletləri onlayn əldə edən sərnişinlərə müraciət edib. Seyyah.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, kredit kartları ilə bağlı saxtakarlıq faktlarına yol verilməməsi məqsədilə, uçuşa qeydiyyat zamanı hava limanı personalının (və ya rəsmi nümayəndə tərəfindən) tələbi əsasında, aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartı, müvafiq məlumatların yoxlanılması və müqayisəsi üçün, həmin məsul əməkdaşlara təqdim olunmalıdır.


Aviaşirkətin rəsmi internet səhifəsi www.azal.az vasitəsilə rəsmiləşdirilmiş aviabiletdə tarixin dəyişdirilməsi və/və ya aviabilet qaytarılması üçün, +99412-598-88-80 telefon nömrəsi və ya callcenter@swtravel.az elektron ünvanı ilə əlaqə saxlanılması xahiş olunur (aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartının və pasportun soyad/ad qeyd olunan surətinin əksi elektron ünvanında göndərilməsi şərtilə).

OXŞAR XƏBƏRLƏR