Bağdad-Bakı-Bağdad aviareysi açıldı - Qiymət

Xəbərlər 23 Sentyabr 2015 00:00 3209
Bağdad-Bakı-Bağdad aviareysi açıldı - Qiymət

“İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-də Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib. Seyyah.az xəbər verir ki, ilk aviareyslə 157 sərnişin gəlib. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli surətdə qarşılanıb. 

Bildirilir ki, ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacaq. İraqın nəqliyyat naziri Baqir əz-Zubeydinin tapşırığına əsasən “İraq Hava Yolları” həftədə bir gün olmaqla, çərşənbə axşamı Bağdad-Bakı-Bağdad marşrutu üzrə uçuşlar reallaşdıracaq.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən “İraqHava Yollarına” Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və slotlar (təyyarələrin havaya qalxması və yerə enməsi üçün ayrılan vaxt intervalı) təsdiq edilib.

Həmçinin qeyd olunub ki, “İraq Hava Yollarına” Nəcəf-Bakı-Nəcəf marşrutu üzrə uçuşların reallaşdırılması ilə bağlı da icazə verilib.

 

OXŞAR XƏBƏRLƏR