"AZAL" pulsuz əl yükünün çəkisini artırdı

Amma yükün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır
Xəbərlər 23 Sentyabr 2015 00:00 787
"AZAL" pulsuz əl yükünün çəkisini artırdı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

Şirkətin mətbuat xidmətindən seyyah.az-a verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi. “Azərbaycan Hava Yolları”nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.

OXŞAR XƏBƏRLƏR