AZAL-dan payız- endirim aksiyası

Xəbərlər 24 Sentyabr 2015 00:00 1259
AZAL-dan payız- endirim aksiyası

 “Azərbaycan Hava Yolları” (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən seyyah.az-a verilən məlumata görə, xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.azsaytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

Sərnişinlər aviabiletləri sərfəli qiymətlə aşağıdakı istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər:

Bakı-London-Bakı "gediş-dönüş" - cəmi 329 avro;        

London-Bakı-London "gediş-dönüş" - cəmi 269 funt sterlinq;      

Bakı-Milan-Bakı/Milan-Bakı-Milan "gediş-dönüş" - cəmi 329 avro;

Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma "gediş-dönüş" - cəmi 339 avro;

Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin "gediş-dönüş" - cəmi 319 avro;

Bakı-Paris-Bakı/Paris-Bakı-Paris "gediş-dönüş" - cəmi 359 avro; 

Bakı-Nyu-York-Bakı "gediş-dönüş" - cəmi 499 avro;

Nyu-York-Bakı-Nyu-York "gediş-dönüş" - cəmi 559 ABŞ dolları; 

Bakı-Praqa-Bakı "gediş-dönüş" - cəmi 329 avro;

Praqa- Bakı-Praqa "gediş-dönüş" - cəmi 379 ABŞ dolları;

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün AZAL-ın Çağırış Mərkəzinə müraciət edə bilərsiniz: 

+(99412) 598-88-80

*8880

e-mail: callcenter@azal.az  

və ya Sizin şəhərinizdə yerləşən “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR