Bakıdan məşhur kurorta reys açılacaq

Uçuşlar bu il noyabr ayının ortalarında həyata keçiriləcək
Xəbərlər 25 Sentyabr 2015 00:00 983
Bakıdan məşhur kurorta reys açılacaq
Misirin "Eyr Kayro" aviaşirkəti beynəlxalq reyslərin coğrafiyasının genişləndirilməsi planları çərçivəsində Bakı-Şarm Əl-Şeyx reysini açacaq. Azərbaycanın paytaxtından Misirin məşhur kurort şəhərinə uçuşlar bu il noyabr ayının ortalarında həyata keçiriləcək.
 
Seyyah.az azərtac-a istinadən bildirir ki, bu barədə məlumatı Misirin "Albavvabnyus" internet qəzeti "Eyr Kayro" şirkətinin direktorlar şurasının sədri Yasir əl-Ramlinin açıqlamasına istinadla verib. Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıdan turist şəhəri Şarm Əl-Şeyxə aviareysin açılması haqqında qərar Mülki Aviasiya Nazirliyinin Orta Asiya və Avropa ölkələrindən turist axınının çoxalmasını təşviq etmək siyasətinin reallaşdırılması çərçivəsində qəbul edilib.
OXŞAR XƏBƏRLƏR