“Şahdağ” Turizm İnformasiya Mərkəzi açıldı

Xəbərlər 28 Sentyabr 2015 00:00 1710
“Şahdağ” Turizm İnformasiya Mərkəzi açıldı

Bu gün Bakı şəhərində fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Seyyah.az xəbər verir ki, mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rəsmilər və turizm ictimaiyyəti iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakının mərkəzində yerləşən "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimini bildirən lenti kəsib və TİM-in strukturunun fəaliyyəti ilə tanış olub. Həmçinin bir sıra təkliflərini verib.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "Şahdağ" Turizm İnformasiya Mərkəzinin açılmağının mühüm hadisə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu mərkəzin açılması ilə insanlar “Şahdağ”a getməmişdən öncə həm pul ödəmələri, həm otelləri əvvəlcədən bron edə bilərlər. Hətta paltar ölçülərini də əvvəlcədən təqdim edərək “Şahdağ”da hazır vəziyyətdə onları xizək avadanlıqları və paltarları təşkil olunacaq. Onu da diqqətə çatdırıb ki, təlimatçıları da buradan turistlərin özləri müəyyənləşdirə biləcəklər və oraya getdikdən sonra onlara fərdi təlimçilər dərs keçəcək. Bu da vətəndaşların daha rahat istirahət etməsinə şərait yaradacaq.

"Şahdağ" yay-qış istirahət mərkəzi direktorunun birinci müavini Rüstəm Nəcəfov TİM-in strukturu, fəaliyyət dairəsi haqqında KİV nümayəndələrinə məlumat verib. Bildirib ki, Mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər də əldə etmək xidmətləri təklif olunacaq. Müştərilər şirkətə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.

OXŞAR XƏBƏRLƏR