İlbiz yemək istəyirsiniz?-festival

Martın 1-indən Tokionun Okubo parkında 1 ay davam edəcək dəniz ilbizi (istridyə) festivalı başlayır.
Xəbərlər 28 Fevral 2014 00:00 4446
İlbiz yemək istəyirsiniz?-festival

Martın 1-indən Tokionun Okubo parkında 1 ay davam edəcək dəniz ilbizi (istridyə) festivalı başlayır. Seyyah.az-ın məlumatına görə, turistlər Yaponiyanın müxtəlif əyalətlərindən olan təzə istridyələrin, eləcə də mollyusklardan hazırlanmış müxtəlif delikateslərin dadına baxmaq imkanı əldə edəcəklər.


Məhz yaz aylarının istridyələri yaponlar tərəfindən daha yüksək qiymətləndirilir. Belə ki, ekspertlərin də fikrincə, yaz aylarında istridyələr daha yüksək qida və dad keyfiyyətlərinə malik olur. Festival üçün yalnız təbii şəkildə yetişdirilmiş ən təzə istridyələr təqdim olunacaq. Tursitlər istridyələrin kiloqramını 15 dollara ala biləcəklər. Festival çərçivəsində ziyarətçilərə istridyələrdən hazırlanmış müxtəlif növ yeməklər, hətta istridyə sosisləri və onlardan hazırlanmış şorbalar təqdim olunacaq.


Festival gündəlik olaraq saat 11:00-dan 21:00-dək davam edəcək. Axşamlar Okubo parkında həm də canlı musiqi dinləmək olacaq. 

OXŞAR XƏBƏRLƏR