Monteneqronun Kumbor adasında yeddiulduzlu kurort kompleksi layihəsini həyata keçirməyə hazırlaşan Azərbaycan-Monteneqro birgə şirkəti uzunmüddətli gecikmədən sonra nəhayət işə başlayıb.
Hazırda Monteneqro sahillərində Portonovi layihəsinin tikintisi ilə məşğul olan Azmont Investments şirkəti, layihə ərazisində yerləşən torpedaların buraxılması üçün nəzərdə tutulan və torpedaların sınağı üçün nəzərdə tutulan bölmələrin söküntüsünə başlayıb.
SOCAR-ın maliyyəsi ilə həyata keçirilən bu turizm layihəsinin operatoru olan "Azmont İnvestments" şirkəti adada yerləşən keçmiş hərbi bazanın ərazisində torpedo raketlərinin buraxılışı üçün nəzərdə tutulan qurğuları sökməyə başlayıb. Bu qurğulardan sovet dövründə keçmiş Yuqoslaviya ordusunun hərbi dəniz qüvvələri torpedo raketlərinin sınaqları üçün istifadə edirdi.
Xatırladaq ki, SOCAR Kumbor adasını 2011-ci ildə alıb. Adada, keçmiş hərbi bazanın ərazisində 250 min kvadratmetrlik sahədə 120 yerlik "One&Only" eksklüziv oteli, Premium sinif yaşayış kompleksi, yaxtalar üçün liman və dəbdəbəli istirahət üçün bütün digər zəruri infrastruktur inşa etmək nəzərdə tutulur.
Bu dəbdəbəli kurort kompleksində işlər nəzərdə tutulan qrafikə uyğun getməyib və gecikmə yaranıb. Monteneqro mənbələri nəzərdə tutulan 500 milyon avroluq investisiyadan cəmi 94 milyon avro xərcləndiyini bildirir. Bu vəsaitə 30 min kvadratmetrlik 14 yaşayış və turizm obyekti inşa edilib. İndi söküntüsü başlayan torpedo bazasının yerində isə yaxta limanı tikilməlidir. Kompleksin tam olaraq işə düşməsi 2017-ci ilin sonuna planlaşdırılıb.

büro.247.az