Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq

Oktyabrın 31-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq.
Xəbərlər 9 Oktyabr 2015 00:00 1186
Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq

Seyyah.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Rusiya Federasiyasından dəvət olunmuş proqram “Lasta-rika” adlanır və Bakıda ilk dəfə çıxış edəcək.

Məlumatda qeyd olunub ki, Bakı Dövlət Sirki ənənəsinə sadiq qalaraq, sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək.

 

Proqrama “dəniz şirlərinin teatrı”, atlar, meymun və tutuquşular, havagimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir.

 

“Lasta-rika” eksklüziv sirk-şousu noyabr sonlarına kimi Bakıda olacaq.

OXŞAR XƏBƏRLƏR