"Şahdağ Mehmanxana" satışa çıxarılıb

Xəbərlər 12 Oktyabr 2015 00:00 1114
"Şahdağ Mehmanxana" satışa çıxarılıb

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi "Şahdağ Mehmanxana" SC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi haqqında elan verib. 

Elanda qeyd olunur ki, “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 1997-ci il tarixli 697 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Şahdağ Mehmanxana” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 100 (yüz) %-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi tanınan yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim edilmiş iddiaçıya üstünlük veriləcək.

OXŞAR XƏBƏRLƏR