Azərbaycanda ilk dəfə Beynəlxalq Çay Festivalı keçiriləcək

Tədbirdə Yaponiya, Cənubi Koreya, Çin, İran, Hindistan, Türkiyənin çay mərasimləri göstəriləcək
Xəbərlər 13 Oktyabr 2015 00:00 2222
Azərbaycanda ilk dəfə Beynəlxalq Çay Festivalı keçiriləcək

Seyyah.az-ın məlumatına görə, oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası Beynəlxalq Kulinariya Günü ilə əlaqədar tədbir keçirəcək. Tədbir çərçivəsində ilk dəfə olaraq “Beynəlxalq Çay Festivalı” keçiriləcək.

Festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər öz ölkələrinin ənənələrinə uyğun çay süfrəsi nümayiş etdirəcək. Tədbirdə Yaponiya, Cənubi Koreya, Çin, İran, Hindistan, Türkiyə və s. kimi ölkələrin çay mərasimləri göstəriləcək.

Həmçinin festivalda aşpazların əl işləri nümayiş etdiriləcək. 

OXŞAR XƏBƏRLƏR