Yeni ili xaricdə qarşılamaq neçəyədir? – QİYMƏTLƏR

Xəbərlər 14 Oktyabr 2015 00:00 2077
Yeni ili xaricdə qarşılamaq neçəyədir? – QİYMƏTLƏR

2016-cı ilə hələ təqribən 3 ay qalsa da, Azərbaycanın turizm şirkətləri müştərilərinə Yeni İl turlarını təklif etməyə başlayıblar.  Əvvəlki illərdə olduğu kimi bu il də turistlərə ənənəvi Yeni İldə Türkiyə, Dubay, Avropa ölkəərinə səyahətlər təqdim edilir. Eyni zamanda təkliflər arasında ekzotik turların da sayı artıb. Ölkə vətəndaşlarına Yeni ili uzaq Yaponiyada, Sinqapurda, Maylayziyadə, hətta Hindistanda qarşılamaq təklif olunur.

Şarm-Əl-Şeyxə gedənlər azalıb

«7 Days travel»dən isə fins.az-a bildirilib ki, hazırda daha çox diqqət çəkən istiqamətlər Dubay, İstanbul, Paris,Malaziya və Sinqapur və s.-dir. Əvvəlki illərdə populyar istiqamətlərdən olan Şarm-Əl-Şeyx kurortuna getmək istəyənlər isə azdır. Amma hələlik müştərilər Yeni İl turlarına hələlik yalnız maraq göstərirlər, «almaq üçün müraciət edən isə azdır».

Endirimə görə İstanbula gedənlər artıb

«Regea travel» şirkətindən isə bildirilib ki, Yeni İli qeyd etmək istəyən müştərilər Dubay, Avropa ölkələri, İstanbula getmək üçün müraciət edirlər.  Xüsusilə İstanbul biletlərində endirim aksiyası (http://www.fins.az/turizm/890279/Istanbula_uchuslar_ucuzlasdi.html) olduğuna  görə, Yeni İli İstanbulda qarşılamaq istəyənlər daha çoxdur.

Dubayda Yeni İl – 450 manat

«Regea travel»in nümayəndəsi Maya Nağıyeva bildirib ki, ən populyar istiqamətlərdən olan Dubay turunun qiyməti də əlverişlidir - 1 nəfər üçün 450 manat. Bu qiymətə təyyarə biletləri ilə yanaşı, 4*-lu oteldə 3 gecə 4 gün yaşamaq və Yeni İl gecəsi şam yeməyi aiddir.

İstanbulda Yeni İl – 498 manat

Azərbaycanlıların sevimli turizm istiqaməti olan İstanbulda Yeni İli qarşılamaq təqribən 500 manata bşa gələcək. «R&R Travel Company»dan verilən məlumata görə, bu qiymətə aviabilet, İstanbulda (3* hoteldə) 3 gecə /4 gün yaşamaq, səhər yeməyi, transfer, sığorta, şou proqram və ekskursiyalar (Sultanəhmət, Misir çarşısı, İppodrom meydanı, Beşiktaş -Domabağça sarayı, Bosfor körpüsü ilə Asiya tərəfə keçid məhşur Kadıköy və Bağdad küçəsi, İstanbulun romantika simvolu sayılan Qız Qülləsi və s.) aiddir.  Yeni İl "Bayram süfrəsi" üçün isə adambaşına 95 AZN, gəmi kruizində açılan Bayram Süfrəsi üçün isə -117 AZN ödəmək lazım gələcək.

Moskvada Yeni İl - 443 manat

Yeni ili qarlı-şaxtalı Moskvada, rus papaqları ilə qarşılamaq və Kreml divarları qarşısında unudulmaz atəşfəşanlığı seyr etmək o qədər də baha deyil. Hər halda Moskvaya Yeni İl səyahəti ucuzluğuna görə, İstanbul və Dubayı da geridə qoyur. 29 dekabrdan 2 yanvara qədər davam edən səyahətə aviabilet (Bakı-Moskva-Bakı), 3* hoteldə 5 gün/4 gecə yaşamaq, tranfer və qidalanma(səhər yeməyi) daxildir.

Praqada Yeni İl – 863 manat

2016-cı ili Avropanın ən romantik şəhərlərindən biri olan Praqada qarşılamaq isə 863 manata başa gələcək. «Meridian Travel» şirkətindən verilən məlumata görə, 4 gecə/ 5 günlük səyahətə aviabilet, 4* hoteldə yaşamaq, sığorta-transfer və viza dəstəyi daxildir. Viza üçün əlavə 35 dollar ödənilməlidir. Bu qiymətə Yeni İl süfrəsi daxil deyil, amma turistlər Praqanın saysız-hesabsız romantik şam yeməyi tammaqda çətinlik çəkməyəcəklər.

Uludağda Yeni İl – 885 manat

Yeni İli Türkiyədə, amma İstanbulda yox, məşhur Uludağ kurortunda keçirmək  üçün isə 885 manat ödəmək lazım gələcək. Turizm şirkətindən verilən məlumata görə, səyyahları Türkiyənin ən böyük qış-idman komplekslərindən biri olan Uludağda Yeni İl şəndiyi ilə yanaşı, əsl qış istirahəti gözləyir. Səyahətə aviabilet, sığorta-transfer, 4* hoteldə 7 gecə/8 gün yaşamaq və qidalanma (hər şey daxil) aiddir.

Hindistanda Yeni İl – 895 avro

«AFN Travel» şirkətindən fins.az-a verilən məlumata görə, Hindistana 7 gecə 8 günlük tur 895 avroya və ya 1056 manata başa gəlir. Bu tura Tiblisidən olmaqla aviabilet, sığorta,transfer və Qoada  4*-lu oteldə gecələmə daxildir. Amma Yeni İl gecəsi  şam yeməyi bura daxil deyil. Müştərilər Yeni İli özlərinə uyğun restoranda qarşılaya bilərlər.

Parisdə Yeni il – 1457 manat

Eyfel qülləsi Yeni İl selfisi etmək istəyənlər daha çox pul xərcləməli olacaqlar. 2016-cı ili Avropanın turizm mərkəzi olan Parisdə qarşılamaq Azərbaycan vətəndaşlarına 1457 manata başa gələcək. «7 Days Travel»dən verilən məlumata görə,  bu qiymətə  aviabilet, 3* hoteldə 7 gecə/8gün yaşamaq, transfer-sığorta, səhər yeməyi aiddir. Yeni İl süfrəsini isə tapmaq çətin olmayacaq.

Malayziya-Sinqapurda Yeni İl – 1588 dollar

Bu ilin populyar Yeni İl istiqamətlərdən biri də Sinqapurdur. Dekabrın 29-dan yanvarın 5-ə qədər davam edən səyahət zamanı turistlər Malayziyada da istirahət edə biləcəklər.  Səyahətçilər Bakıdan əvvəlcə Özbəkistana, oradan  isə Kuala-Lumpura uçacaqlar. Əvvəlcə Malaziyada a 4 gecə 5* olteldə gecəliyib avtobusla Sinqapura yola düşəcəklər. Orada isə 3* oteldə yerləşədiriləcəkər. Səyahətin qiyməti 1 nəfər üçün 1588 dollardır. Amma bu qiymətə Yeni İl gecəsi şam yeməyi aid deyil. Səyahətçilər bunun üçün əlavə 250 dollar ödəməli olacaqlar. Bu qiymətə konsert və şou proqramı,  oyunlar və əyləncələr daxildir.

Tokioda Yeni İl – 2499 dollar

Yeni İl gecəsi Tokioda olanlar 2016-cı ili dünyada hamıdan əvvəl qarşılayacaqlar. Uzaq Yaponiya dünyanın Şərq qurtatacağı olduğuna görə, yeni ilin ilk saniyələri məhz burada sayılır. Təsəvvür edin ki, Yaponiyada saatlar gecə saat 12-ni vurandan sonra Bakıya – yaxınlarına telefon açan insanlar 2016-cı ildən 2015-ci ilə zəng etmiş olacanlar. Çünki Bakıda Yeni İl Tokioya nisbətən 8 saat gec başlayır. Bütün bu hissləri yaşamağa imkan verən Tokioda Yeni İl turu  2499 dollara başa gəlir.  «7 Days travel»dən verilən məlumatına görə, bu qiymətə dünyanın ən komfortlu aviaşirkətlərindən biri olan «Qatar Airways»la uçuş,  Tokioda  5* oteldə 6 gecə 7 gün yaşamaq, transfer, şəhər turu, sığorta, viza və səhər yeməyi daxildir.

Fins.az

OXŞAR XƏBƏRLƏR