The Henley and Partners adlı təşkilatın builki Viza Məhdudiyyətləri İndeksi göstəricilərinə görə, ən prestijli pasportlar məlum oldu.
İngiltərə və Almaniya pasportları 173 ölkəyə vizasız girə bilmək imkanı yaratdığı üçün dünyanın ən prestijli pasportları olub.
Siyahıda, 172 ölkə ilə ABŞ 2-nci, 171 ölkə ilə Danimarka, Yaponiya və Cənubi Koreya 3-üncü, 170 ölkə ilə Portuqaliya və Kanada 4-üncü, 169 ölkə ilə Sinqapur 5-inci yeri tutur.
Təşkilatın builki Viza Məhdudiyyətləri İndeksi hesabatında ən diqqət çəkən ölkə isə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Keçən il siyahıda 77 ölkə ilə 55-inci sırasında yer alan BƏƏ, vizasız səyahət edilən ölkə sayını 77-dən 114-ə çıxararaq 40-ıncı yerə yüksəlib.
Vətəndaşlarına dünyanın 58 ölkəsinə vizasız səyahət imkanı verən Azərbaycan, 218 ölkəni əhatə edən Viza Məhdudiyyətləri İndeksi siyahısında 81-ci yeri tutur. Azərbaycan ilə bərabər Zimbabve də 81-ci yerdədir.
Ölkələrin, vizasız olaraq səyahət etdikləri ölkə sayına görə dərəcələrinin müəyyənləşdirildiyi siyahıda ən son yeri, vətəndaşlarının sadəcə 25 ölkəyə vizasız girə bilmə imkanı olan Əfqanıstan tutur. İraq vətəndaşları 29, Somalililər isə 30 ölkəyə viza şərti olmadan girə bilirlər.
Siyahı ilə ətraflı buradan tanış ola bilərsiniz.