Azərbaycan Hava Yollari (AZAL) yeni büdcəli marşrutu üzrə biletlərin satışına başlayıb. Seyyah.az xəbər veri ki, Вakı-Moskva-Bakı reysi üzrə uçuşlar “Airbus A320” təyyarəsi ilə hər gün həyata keçiriləcək.
Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) bir tərəfə 99 avro təşkil edir.
Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (8 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.
Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının II terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da Vnukovo hava limanına çatacaq.
Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.
Qeyd edək ki 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.
Biletləri əldə etmək üçün bu nömrələrə zəng edə bilərsiniz:
MERİDİAN TRAVEL
Ünvan: Bakı, Koroğlu Rəhimov 61 B
Tel: 012 480 25 80 ; 012 4659811; 050 9880030
email: avia@meridiantravel.az